Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 100,4 mln manat məbləğində kreditlər verilib.
“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 1,6 dəfə çoxdur.
Verilmiş kreditlərin 10,89 mln manat və yaxud 10,9%-i qısamüddətli, 89,1 mln manatı və yaxud 89,1%-i uzunmüddətli kreditlər olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 65,2% və 54,9% çoxdur.