Naxçıvanda kredit qoyuluşu 30 %-dən çox artıb

Naxçıvanda kredit qoyuluşu 30 %-dən çox artıb Bu il iyulun 1-ə Naxçıvanda kredit qoyuluşu 378,075 milyon manat təşkil edib.
Maliyyə
9 avqust 2023 08:35
Naxçıvanda kredit qoyuluşu 30 %-dən çox artıb

Bu il iyulun 1-ə Naxçıvanda kredit qoyuluşu 378,075 milyon manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 30,1 % çoxdur.

Kredit qoyuluşunun 7,43 milyon manatının vaxtı keçib. Bu isə 1 il əvvələ nisbətən 17,2 % azdır.

Son xəbərlər

Orphus sistemi