Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 157 min manat ödəniş edilib

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 157 min manat ödəniş edilib Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 545 232 kassa çeki üzrə 157,1 min manatdan çox, bu ilin aprel ayında isə 182 721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılı
Maliyyə
24 May , 2023 15:41
Naxçıvanda ƏDV geri al” layihəsi çərçivəsində 157 min manat ödəniş edilib

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 545 232 kassa çeki üzrə 157,1 min manatdan çox, bu ilin aprel ayında isə 182 721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3,9 dəfə, qaytarılan məbləğ üzrə 2,5 dəfə artım olub.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

Son xəbərlər

Orphus sistemi