Naxçıvanda bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırılıb

Naxçıvanda bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırılıb Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb
Maliyyə
3 Mart , 2016 22:12
Naxçıvanda bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırılıb

Bakı. 3 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş Mühasibatlığında, Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzində, Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivlərində, Naxçıvan Dövlət Film Fondunda, Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışan işçilərin əmək haqları 10 faiz artırılıb.

Sərəncam martın 1-dən qüvvədədir.

Son xəbərlər

Orphus sistemi