Naxçıvanda bank sektorunun inkişafı müzakirə edilib

Naxçıvanda bank sektorunun inkişafı müzakirə edilib Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Naxçıvan MR-ə səfər edib.
Maliyyə
22 Oktyabr , 2021 18:23
Naxçıvanda bank sektorunun inkişafı müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Naxçıvan MR-ə səfər edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, səfərin məqsədi muxtar respublikada bank sektorunun inkişafı problemləri, yerli əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək olub.

Keçirilən görüşlərdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar hesabına ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi aktivlikdə müsbət dinamika qorunub, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə olunub. Koronavirus (COVID-19) pandemiyasının ilk günündən dövlət başçısının rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, makroiqtisadi sabitliyinin və məşğulluğun təmin edilməsi və real sektorunun dəstəklənməsi istiqamətində geniş spektrli tədbirlər həyata keçirilib. Azərbaycanın bank sektoru da davamlı islahatlar və inkişafla xarakterizə olunub, bank xidmət və məhsullarının çeşidi və keyfiyyəti yaxşılaşıb, bankların sağlamlaşdırılması və kapitallaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Həmçinin bildirilib ki, blokada şəraitində olduğu üçün Naxçıvanın maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzində saxlanılır. Hazırda bu sektorda mövcud vəziyyət və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi, Naxçıvan iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditlərinin verilməsi, yerli bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi, bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi kimi məsələlər müzakirə edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi