Naxçıvanda bank hesablarının sayı 9% artıb

Naxçıvanda bank hesablarının sayı 9% artıb Bu il oktyabrın 1-nə Naxçıvan MR-da 90 439 bank hesabı olub.
Maliyyə
28 oktyabr 2020 07:48
Naxçıvanda bank hesablarının sayı 9% artıb

Bu il oktyabrın 1-nə Naxçıvan MR-da 90 439 bank hesabı olub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 7 072 vahid və yaxud 8,5% çoxdur

Hesabların 78 962-si və yaxud 87,3%-i aktiv hesablardır.

Təkcə bu ilin yanvar-sentyabr aylarında isə muxtar respublikada 28 796 bank hesabı açılıb ki, bu da illik müqayisədə 7 506 vahid və yaxud 35,25% çoxdur. Yeni hesabların 28 784-ü aktiv hesablardır.

Sentyabrın sonuna Naxçıvanda quraşdırılmış POS-terminalların sayı isə 1 374 olub ki, bu da 1 il əvvələ nisbətən 98 ədəd və yaxud 7,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi