Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2 dəfədən çox artıb

Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2 dəfədən çox artıb Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb
Maliyyə
13 iyun 2024 14:04
Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2 dəfədən çox artıb

Bu ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasında aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, bu ilin ilk 5 ayında həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.

Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.

Son xəbərlər

Orphus sistemi