Naxçıvanda açılmış bank hesablarının 87 %-i aktivdir

Naxçıvanda açılmış bank hesablarının 87 %-i aktivdir u ilin 7 ayında açılmış 25 290 bank hesabının 25 254-ü aktiv hesablar olub
Maliyyə
21 Avqust , 2021 09:51
Naxçıvanda açılmış bank hesablarının 87 %-i aktivdir

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 96 037-yə çatıb, bunun da 83 027-si və ya 86,5 %-i aktiv hesablardır.

“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bu ilin 7 ayında açılmış 25 290 bank hesabının 25 254-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı iyul ayının sonuna 1 475-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi