“Naxçıvanbank” nizamnamə kapitalını 14%-dən çox artırıb

“Naxçıvanbank” nizamnamə kapitalını 14%-dən çox artırıb Bakı. 23 oktyabr. REPORT.AZ/
Maliyyə
23 Oktyabr , 2017 10:42
“Naxçıvanbank” nizamnamə kapitalını 14%-dən çox artırıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 136,267 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 27,9% çoxdur.

“Naxçıvanbank”ın aktivlərinin 64,719 mln. manatını və yaxud 47,5%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 25,3% böyüyüb.

İl ərzində “Naxçıvanbank”ın vaxtı keçmiş kreditləri 13,5% azalaraq 2,775 mln. manata, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 1,9 faiz bəndi azalaraq 4,3%-ə düşüb.

Hesabat dövründə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 56,5% artaraq 63,806 mln. manata, o cümlədən depozit portfeli 56,6% artaraq 29,616 mln. manata çatıb. Bunun 14,713 mln. manatı fiziki şəxslərin, 14,903 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin Bankdakı əmanətləri 42,5%, şirkətlərin Bankdakı vəsaitləri isə 73,45% artıb.

İl ərzində “Naxçıvanbank”ın cəmi kapitalı 10% artaraq 72,461 mln. manata, nizamnamə kapitalı isə 14,2% artaraq 67,83 mln. manata çatıb.

Bu ilin yanvar-sentyabr aylarında “Naxçıvanbank”ın faiz gəlirləri 3,901 mln. manat (1 il əvvələ nisbətən 9,3% az), faiz xərcləri 199 min manat (41,1% çox), qeyri-faiz gəlirləri 2,157 mln. manat (50% az), qeyri-faiz xərcləri isə 2,158 mln. manat (0,2% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 3,701 mln. manat olub ki, bu da illik müqayisədə 41,4% azdır.

Bu il “Naxçıvanbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 84,7% az – 116 min manat ayırıb. Bununla da, Bank bu ilin ilk 9 ayını 3,585 mln. manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 35,5% azdır.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi