“Naxçıvanbank” bu il aktivlərini 7% artırıb

“Naxçıvanbank” bu il aktivlərini 7% artırıb Bakı. 15 aprel. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 136,645 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatı...
Maliyyə
15 Aprel , 2017 10:30
“Naxçıvanbank” bu il aktivlərini 7% artırıb

Bakı. 15 aprel. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 136,645 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 6,5% çoxdur.

“Naxçıvanbank”ın aktivlərinin 44,9%-ni və yaxud 60,493 mln. manatını vaxtı keçmiş kreditlər təşkil edib. Son 3 ayda Bankın kredit portfeli 1,8% kiçilib.

Martın sonuna maliyyə qurumunun verdiyi kreditlərin 2,738 mln. manatının vaxtı keçib. Bu, ilin əvvəlinə nisbətən 7% azdır. Bu müddətdə problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 4% qalıb.

Hesabat dövründə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 12,4% artaraq 64,67 mln. manata, o cümlədən depozit portfeli 25,7% artaraq 31,119 mln. manata çatıb. Bankda əhalinin əmanətləri, eləcə də Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklər olmayıb.

3 ay ərzində kredit təşkilatının cəmi kapitalı isə 1,5% artaraq 69,935 mln. manat olub.

Bu ilin I rübündə “Naxçıvanbank”ın faiz gəlirləri 1,283 mln. manat, faiz xərcləri 63 min manat, qeyri-faiz gəlirləri 857 min manat, qeyri-faiz xərcləri 738 min manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 1,34 mln. manat olub.

“Naxçıvanbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 120 min manat ayırıb və rübü 1,22 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 59,405 mln. manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi