“Naxçıvan Sığorta”nın Direktorlar Şurası yenidən təşkil olunub

“Naxçıvan Sığorta”nın Direktorlar Şurası yenidən təşkil olunub Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurası (DŞ) yenidən təşkil olunub.
Maliyyə
3 fevral 2022 13:41
“Naxçıvan Sığorta”nın Direktorlar Şurası yenidən təşkil olunub

Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurası (DŞ) yenidən təşkil olunub.

"Report" xəbər verir ki, Şuranın sədri İsa İsayev vəzifəsindən azad edilib, onun yerinə Əsədulla İsgəndərov təyin edilib.

O, həm də şirkətin yeganə səhmdarı olan "Naxçıvan Bank" ASC-nin Müşahidə Şurasının sədridir.

İ.İsayev bundan sonra DŞ-nın üzvü kimi fəaliyyət göstərəcək. O, həm də adı çəkilən Bankın İdarə Heyəti sədrinin I müavinidir.

DŞ-nın digər üzvləri Nahidə Əliyeva və Səbuhi Xəlilov da vəzifələrindən kənarlaşdırılıblar. Beləliklə, Şuranın üzvlərinin sayı 3-dən 2-yə düşüb. N.Əliyeva həm də "Naxçıvan Bank"ın İH-nin üzvü, həm də Bankın Baş maliyyə inzibatçısıdır.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi