Naxçıvan sahibkarları 11 ayda 367 milyon manata yaxın kredit alıb

Naxçıvan sahibkarları 11 ayda 367 milyon manata yaxın kredit alıb 2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları təsərrüfat subyektlərinə 366,7 milyon manat kredit verib.
Maliyyə
15 Yanvar , 2025 13:01
Naxçıvan sahibkarları 11 ayda 367 milyon manata yaxın kredit alıb

2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları təsərrüfat subyektlərinə 366,7 milyon manat kredit verib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, verilən kreditlərin 31,6 milyon manatı və yaxud 8,6 %-i qısamüddətli, 335,1 milyon manatı və yaxud 91,4 %-i uzunmüddətli kreditlər olub.

Son xəbərlər

Orphus sistemi