2020-ci ildə Naxçıvan MR-də 2,908 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.
Ötən il muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,8 % artaraq 6 310 manat olub.
ÜDM-in 1 040 475,9 min manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1,4 % çoxdur.
Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 4,6 % artaraq 537,6 milyon manat təşkil edib.