Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 2,101 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Maliyyə
28 Oktyabr , 2020 09:38
Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 2,101 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,2% artaraq 4 564 manat olub.

9 aylıq ÜDM-in tərkibində ilk yeri 28%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57%-ni təşkil edib. Son 1 ildə bölgədə sənaye istehsalı 1% artıb. İqtisadiyyatın digər sahələrinə gəlincə isə kənd təsərrüfatı sektorunda 3,7%, informasiya və rabitə sektorunda isə 4,6% artım olub.

Son xəbərlər

Orphus sistemi