“Naxçıvan Bank”ın xalis mənfəəti 41 % artıb

“Naxçıvan Bank”ın xalis mənfəəti 41 % artıb “Naxçıvan Bank” ASC 2020-ci ili 7,323 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2021 17:11
“Naxçıvan Bank”ın xalis mənfəəti 41 % artıb

“Naxçıvan Bank” ASC 2020-ci ili 7,323 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 41,4 % çoxdur.

Ötən il “Naxçıvan Bank”ın gəlirləri 16,956 milyon manat (illik müqayisədə 38,6 % çox), xərcləri 5,372 milyon manat (15,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,306 milyon manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,926 milyon manat (43,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 298,577 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,7 % çoxdur. Bunun 114,057 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 24,8 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 39,3 % artaraq 206,951 milyon manata, o cümlədən depozit portfeli 48,8 % artaraq 142,162 milyon manata, balans kapitalı isə 9,7 % artaraq 91,626 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi