“Naxçıvan Bank”ın mənfəəti 53% artıb

“Naxçıvan Bank”ın mənfəəti 53% artıb “Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 6,728 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
28 Oktyabr , 2020 09:46
“Naxçıvan Bank”ın mənfəəti 53% artıb

“Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 6,728 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 52,8% çoxdur.

9 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 12,41 milyon manat (illik müqayisədə 48,8% çox), xərcləri 3,875 milyon manat (20,4% çox), xüsusi ehtiyatlara ayırmaları 1,806 milyon manat (2,5 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 236,634 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13% çoxdur. Bunun 115,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 37,7% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 15,4% artaraq 145,773 milyon manata, o cümlədən depozit portfeli 5,9% artaraq 83,441 milyon manata, balans kapitalı isə 9,4% artaraq 90,861 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 82,43 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi