Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Naxçıvan Aqroservis" ASC 2022-2023-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini yanvarın 12-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinin Naxçıvan şəhərinin Xətai məhəlləsində yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 15-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.