Nağdsız ödənişlər 40% artıb

Nağdsız ödənişlər 40% artıb Bu ilin I rübündə qlobal miqyasda nağdsız ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Maliyyə
4 may 2020 11:40
Nağdsız ödənişlər 40% artıb

Bu ilin I rübündə qlobal miqyasda nağdsız ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “MasterCard” beynəlxalq ödəniş sisteminin 19 ölkədə 17 mindən çox insan arasında apardığı araşdırmada qeyd olunub.

Məlumata görə, bu ilin yanvar-mart aylarında hər 10 nəfərdən 8-i kontaktsız ödəniş etməyə üstünlük verib. Cari dövrdə supermarketlərdə aparılan təmassız əməliyyatlar, bütün digər kart ödənişlərinə nisbətən 2 dəfə çox artıb.

Bundan başqa, hesabat dövründə Asiya-Sakit Okean regionunda təmassız ödənişlər 2,5 dəfə, Orta Şərqdə və Afrikada 4 dəfə, Şimali Amerikada 3 dəfə artıb.

İngilis versiyası Cashless payments rise 40%

Son xəbərlər

Orphus sistemi