Nadir Ramazanov: “Yeni iqtisadi model özəl investisiyalar vasitəsilə artımı nəzərdə tutur”

Nadir Ramazanov: “Yeni iqtisadi model özəl investisiyalar vasitəsilə artımı nəzərdə tutur” Dünya Bankının Azərbaycanda iqtisadi artıma necə nail olmağın mümkünlüyü ilə bağlı hesabatının verdiyi əsas mesaj buna özəl investisiyalar hesabına nail olmaqdır.
Maliyyə
8 dekabr 2022 16:23
Nadir Ramazanov: “Yeni iqtisadi model özəl investisiyalar vasitəsilə artımı nəzərdə tutur”

Dünya Bankının Azərbaycanda iqtisadi artıma necə nail olmağın mümkünlüyü ilə bağlı hesabatının verdiyi əsas mesaj buna özəl investisiyalar hesabına nail olmaqdır.

“Report" xəbər verir ki, bunu jurnalistlərə Dünya Bankının baş iqtisadçısı Nadir Ramazanov deyib.

Onun sözlərinə görə, Dünya Bankının bütün üzv ölkələrə mütəmadi olaraq təqdim etdiyi bu hesabat ölkədə baş verən ilkin iqtisadi prosesləri araşdırmaq, iqtisadi artımın yüksəldilməsi üçün ən yaxşı məsləhətləri vermək məqsədi daşıyır. Azərbaycanda belə hesabatın hazırlanmasına ötən ildən başlanılıb.

Hesabatda əsas mesaj ölkənin 2022-2026-cı illər üzrə sosial-siyasi inkişaf strategiyasına uyğun gələn yeni iqtisadi artım modelinə keçidin zəruriliyi ilə bağlıdır.

“İnkişaf yönümlü yeni iqtisadi model özəl sektorun investisiyalarına əsaslanacaq”, - N.Ramazanov bildirib.

Hesabatın mühüm hissəsi ölkənin həyatında özəl sektorun rolunun artırılması, insan kapitalının artımı, eləcə də iqtisadiyyatın idarə olunması sistemində hansı islahatların aparılmasına ehtiyac olduğu məsələlərinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi