​Mərkəzi Bankın pullarını “Paşa Sığorta” qoruyacaq

​Mərkəzi Bankın pullarını “Paşa Sığorta” qoruyacaq AMB-nin tenderi başa çatıb
Maliyyə
3 Sentyabr , 2014 12:41
​Mərkəzi Bankın pullarını “Paşa Sığorta” qoruyacaq
Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinin alınması ilə bağlı elan etdiyi tenderin qalibi “Paşa Sığorta” olub.

Bu barədə “Report”a “Paşa Sığorta”dan məlumat daxil olub. Məlumata görə AMB-nin balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması (KASKO) məqsədilə təşkil edilmiş tender başa çatıb.

Tender Komissiyasının qərarına əsasən “PAŞA Sığorta” nağd pulun sığortası növü üzrə tenderin qalibi elan olunub.

Son xəbərlər

Orphus sistemi