"Muğanbank" nizamnamə kapitalını artırır

"Muğanbank" nizamnamə kapitalını artırır Bankın əlavə səhm emissiyası dövlət qeydiyyatına alınıb
Maliyyə
7 Noyabr , 2016 12:45
Muğanbank nizamnamə kapitalını artırır

Bakı. 7 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 40 min ədəd adi səhminin əlavə buraxılışı (AZ1001005466 qeydiyyat nömrəsi) dövlət qeydiyyatına alınıb.

"Report"a bu barədə Palatadan məlumat verilib.

Emissiyanın ümumi həcmi 8 mln. manat təşkil edir. Səhmlər qapalı üsulla yerləşdiriləcək. 

Qeyd edək ki, yerləşdirmə uğurla başa çatdığı təqdirdə "Muğanbank"ın nizamnamə kapitalı 14% artaraq 65 mln. manata çatacaq.

Son xəbərlər

Orphus sistemi