​"Muğanbank" kapitalını artırır

​"Muğanbank" kapitalını artırır Avqustun 8-də Bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Maliyyə
24 İyun , 2016 17:27
​Muğanbank kapitalını artırır

Bakı. 24 iyun. REPORT.AZ/ Avqustun 8-də “Muğanbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bankdan "Report"a verilən məlumata görə, yığıncaq "Muğanbank"ın baş ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında) baş tutacaq.

Səhmdarlar Bankın nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, hazırda "Muğanbank"ın nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmdarları Elmir Maqbet oğlu Mehdiyev (63,5%), Vəfa Əhməd qızı Vəliyeva (12,05%), Maqbet Rəhim oğlu Mehdiyev (13,1%) və Fəridə Cahandar qızı Mehdiyevadır (11,35%).

Son xəbərlər

Orphus sistemi