"Muğan Bank" nizamnamə kapitalını artırıb

"Muğan Bank" nizamnamə kapitalını artırıb Bakı. 21 dekabr. REPORT.AZ/ Muğan Bank ASC nizamnamə kapitalını 10 mln. manat və yaxud 11,76% artıraraq 85 mln. manatdan 95 mln. manata çatdırıb.
Maliyyə
21 Dekabr , 2018 10:14
Muğan Bank nizamnamə kapitalını artırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ "Muğan Bank" ASC nizamnamə kapitalını 10 mln. manat və yaxud 11,76% artıraraq 85 mln. manatdan 95 mln. manata çatdırıb. 

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 50 min ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılıb. 

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi