"Muğanbank"ın yeni regional filialı açılıb

"Muğanbank"ın yeni regional filialı açılıb Bankın Lənkərandakı şöbəsinə filial statusu verilib
Maliyyə
17 Dekabr , 2014 18:04
Muğanbankın yeni regional filialı açılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan "Muğanbank" ASC-nin Lənkəran şəhərində filialı açılıb. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Filial Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi 7 ünvanında yerləşir və əvvəllər şöbə statusu ilə fəaliyyət göstərib. Burada fiziki və hüquqi şəxslərə xidmət göstərilir, hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif olunur.

Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 42 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi müştərilərə xidmət göstərir. "Muğanbank" ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın "WorldBusiness Capital" (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir. 

Son xəbərlər

Orphus sistemi