“Muğanbank” bu ilin I rübündə 2 mln. manata yaxın zərər edib

“Muğanbank” bu ilin I rübündə 2 mln. manata yaxın zərər edib Bakı. 23 aprel. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 5% artaraq 2018-ci il aprelin 1-nə 489 286 min manata çatıb.
Maliyyə
24 Aprel , 2018 13:06
“Muğanbank” bu ilin I rübündə 2 mln. manata yaxın zərər edib

Bakı. 23 aprel. REPORT.AZ/ “Muğanbank” ASC-nin aktivləri illik müqayisədə 5% artaraq 2018-ci il aprelin 1-nə 489 286 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 2% artaraq bu il aprelin 1-nə 342 613 min manat təşkil edib.

Cəmi öhdəliklər illik 5% artaraq 422 094 min manat, o cümlədən müştəri hesabları 17% artaraq 226 305 min manat olub. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 85 000 min manat, cəmi kapitalı 67 192 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 1 824 min manat zərər edib. 2017-ci ilin birinciri rübündə isə bank 515 min manat xalis mənfəət əldə etmişdi.

Son xəbərlər

Orphus sistemi