"Moodys": İş yerlərinin yaradılmasına görə Azərbaycan MDB-də 4-cüdür

"Moodys": İş yerlərinin yaradılmasına görə Azərbaycan MDB-də 4-cüdür Agentliyin tədqiqatı qlobal iqtisadiyyatın 95%-nin cəmləşdiyi 70 ölkəni əhatə edib
Maliyyə
26 Aprel , 2016 14:29
Moodys: İş yerlərinin yaradılmasına görə Azərbaycan MDB-də 4-cüdür

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanda 2011-2015-ci illər ərzində nağdsız ödəniş sistemlərindən istifadənin genişlənməsi ölkə iqtisadiyyatının (ÜDM) toplam olaraq 70 mln. ABŞ dolları civarında artmasına səbəb olub. “Report” xəbər verir ki, "Moody's" beynəlxalq reytinq agentliyinin elektron ödənişlərin təsiri ilə bağlı apardığı tədqiqatın nəticələri bu faktları üzə çıxarıb.

Tədqiqatın nəticələrinə görə, plastik kartlardan istifadənin artması qeyd edilən illər ərzində istehlak xərclərinin 0,06% artmasına səbəb olub: “Bundan başqa, həmin dövrdə nağdsız ödənişlərdən istifadənin genişlənməsi ortalama olaraq illik 1 130 yeni iş yerinin açılmasına səbəb olub. İş yerlərinin yaradılmasına görə Azərbaycan MDB-də 4-cüdür". 

"Nağdsız ödəniş kartlarından istifadə səviyyəsinə görə isə Azərbaycan MDB məkanında üçüncü ölkədir. Kartlardan istifadə səviyyəsinin daha çox artdığı ölkələrdə ən yüksək iqtisadi artım qeydə alınıb. Bu isə Azərbaycanda qeyd edilən dövrdə ÜDM-in əlavə olaraq 0,03% artmasına şərait yaradıb”, - deyə araşdırma nəticəsində məlub olub.

Qeyd edək ki, Agentliyin bu tədqiqatı qlobal iqtisadiyyatın 95%-nin cəmləşdiyi 70 ölkəni əhatə edib.

Son xəbərlər

Orphus sistemi