​"Moody's": Rusiyada yaxın bir ildə bankların 10%-i bağlanacaq

​"Moody's": Rusiyada yaxın bir ildə bankların 10%-i bağlanacaq Son iki ildə 200 bankın lisenziyası ləğv edilib
Maliyyə
15 Aprel , 2016 16:09
​Moody's: Rusiyada yaxın bir ildə bankların 10%-i bağlanacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Yaxın bir il ərzində Rusiyada fəaliyyət göstərən bankların 10%-nin lisenziyası ləğv edilə bilər. "Report"un "Moody's" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiyada 93 bank və bank olmayan kredit təşkilatının lisenziyası ləğv olunub. Bunlardan aktivlərinə görə bank sektorunda önəmli yer tutan "Rossiyskiy Kredit" (45-cı yer), "Probiznesbank" (51), "CB Bank" (85) və "Nota-bank" (97) olub.

"Moody's" agentliyinin vitse-prezidentinin köməkçisi Lev Dorf qeyd edib ki, bankların defolt edəcəyi təqdirdə zərərlərinin ödənilməsi səviyyəsi aşağı olacaq: "Bu o deməkdir ki, Rusiyada bankların müflisləşməsi halında kreditorlar önəmli itkilərlə üzləşəcək". Bankların maliyyə hesabatlarının təhlili isə göstərir ki, onların bir hissəsi artıq ilin sonuna qədər mərkəzi bankın tələblərinə cavab verə bilməyəcək və ödəniş qabiliyyəti olmayan müəssisə elan ediləcək".

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən Rusiyada 200-ə yaxın bankın lisenziyası ləğv edilib. Hazırda ölkədə 700-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Rusiya Bankı (Mərkəzi Bank) aprelin 13-də daha iki bankın lisenziyasını ləğv edib.

Son xəbərlər

Orphus sistemi