“Moody’s” koronavirusun Çin iqtisadiyyatına təsirini açıqlayıb

“Moody’s” koronavirusun Çin iqtisadiyyatına təsirini açıqlayıb “Moddy’s” beynəlxalq reytinq agentliyi 2019-nCoV koronavirusunun Çin iqtisadiyyatına təsirinə dair proqnoz-hesabat dərc edib.
Maliyyə
3 Fevral , 2020 15:02
“Moody’s” koronavirusun Çin iqtisadiyyatına təsirini açıqlayıb

“Moddy’s” beynəlxalq reytinq agentliyi 2019-nCoV koronavirusunun Çin iqtisadiyyatına təsirinə dair proqnoz-hesabat dərc edib.

“Report” xəbər verir ki, hesabata görə, koronavirusun ölkə iqtisadiyyatındakı fəsadları müvəqqəti olacaq.

“Təməl ssenarimizə əsasən, koronavirus Çin iqtisadiyyatına müvəqqəti təsir göstərəcək, 2020-ci ildə ÜDM-in illik artımı proqnozdakı 5,8 faiz səviyyəsində qalacaq”, - sənəddə göstərilir.

Ötən il dekabrın sonunda Çinin Uhan şəhərində onlarla sakinin naməlum növ pnevmoniyaya yoluxduqları barədə xəbər yayılıb. Bir qədər sonra xəstəliyin yeni koronavirus tərəfindən törədildiyi aşkar edilib.

Xəstəlik Çində yayılarkən başqa ölkələr qabaqlayıcı tədbirlər görməyə başlasa da, koronavirusa Çindən başqa 18 ölkədə yoluxma halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi