"Moody's": “Belarus xarici borcunu defolt edib”

"Moody's": “Belarus xarici borcunu defolt edib” Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.
Maliyyə
15 iyul 2022 04:15
Moody's: “Belarus xarici borcunu defolt edib”

Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, - agentliyin açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi