Moody’s: Azərbaycanın suveren aktivləri neftin ucuzlaşmasına tab gətirməyə kömək olacaq

Moody’s: Azərbaycanın suveren aktivləri neftin ucuzlaşmasına tab gətirməyə kömək olacaq Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan, Qətər böyük suveren aktivləri və xarici valyuta ehtiyatları sayəsində koronavirus pandemiyası nəticəsində dünya bazarında neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq.
Maliyyə
17 İyun , 2020 14:22
Moody’s: Azərbaycanın suveren aktivləri neftin ucuzlaşmasına tab gətirməyə kömək olacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan, Qətər böyük suveren aktivləri və xarici valyuta ehtiyatları sayəsində koronavirus pandemiyası nəticəsində dünya bazarında neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq.

“Report” xəbər verir ki, bu barədə neftin ucuzlaşdığı dövrdə neft ixracatçısı ölkələrin vəziyyətinə dair “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

“Sarsıntını sovuşdura bilmələri siyasətə düzəliş vermə bacarığından və nə qədər dayanıqlı olmalarından asılıdır. Bu ölkələr ən azı sarsıntıya tab gətirmək üçün məxariclərini azalda bilər. Digər tərəfdən, Oman, İraq kimi dərin və uzun çəkə bilən sarsıntılara uyğunlaşma bacarığı məhdud olan, habelə Bəhreyn kimi likvidliyin artan təzyiqinə məruz qalan, az dayanıqlı olan dövlətlər daha böyük risqlə üzləşir”, – hesabatda qeyd olunur.

Sənəd müəlliflərinə görə, karbohidrogen istehsal edən bir çox ölkələr daha əvvəl neftin bahalaşdığı dövrlərdə topladığı aktivlər sayəsində daha uzun müddət neftin ucuz olacağı dövrlərdə nisbətən dayanıqlı ola bilər: “Bu da ölkənin valyuta ehtiyatları dövlət borcunu xeyli üstələdiyi, bu borcu və büdcə kəsirini ödəmək üçün əl verdiyi təqdirdə özünü daha çox doğruldur”.

Məsələn, 2019-cu ildə Azərbaycanda, BƏƏ-də, Qazaxıstanda və Qətərdə valyuta ehtiyatları dövlət borcunu xeyli üstələyib, Səudiyyə Ərəbistanının dövlət borcunun 100 faizinə, Rusiyanın dövlət borcunun isə 50 faizinə bərabər olub.

“Lakin artan kəsir nəticəsində dayanıqlılıq azalacaq, xüsusilə də COVID-19 nəticəsində bəzi kredit xətlərinə təzyiqlər artacaq”, –  hesabatda göstərilir.

Xatırladaq ki, Moody’s Azərbaycana “sabit” proqnozlu Ba2 kredit reytinqi təyin edib.

Son xəbərlər

Orphus sistemi