"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq edib

"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq edib Agentlik Azərbaycanın reytinqini sabit saxlayıb
Maliyyə
8 May , 2017 09:17
Moody's Azərbaycanın kredit reytinqini təsdiq edib

Bakı. 8 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.

"Report" "Moody's"ə istinadən xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", reytinq üzrə proqnoz isə "neqativ" səviyyəsində saxlanılıb.

Xatırladaq ki, agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3"-dən "Ba1"-ə endirib, reytinq üzrə proqnozu isə "stabil" saxlayıb. Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ"ə endirilib. Bu il fevralın 12-də isə Agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb.

Son xəbərlər

Orphus sistemi