"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq

"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq Bu il isə ölkə iqtisadiyyatının 1% geriləcəyi gözlənilir
Maliyyə
25 May , 2017 10:00
Moody's: Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq
Report.az

Bakı. 25 may. REPORT.AZ/ Bu il Azərbaycanda iqtisadi inkişaf tempinin mənfi 1%, gələn il isə müsbət 1,8% olacağı gözlənilir. 

"Report" xəbər verir ki, bunu "Moody's" reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti sərt fiskal siyasəti yumşalda bilər: "Əgər neft 50 dollardan baha olarsa, hökumət sərt fiskal siyasəti yumşalda bilər. Bu da ÜDM-in artmasına kömək edəcək".

"Moody's" analitiki hökumətin bank sektoruna da ciddi yardım göstərdiyini qeyd edib: "2015-2016-cı illərdə hökumət ÜDM-in 18%-i həcmində bank sektoruna yardım edib. Əsas yardım Azərbaycan Beynəlxalq Bankına edilib".

Son xəbərlər

Orphus sistemi