"Moody's": ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi ölkənin kredit reytinqini aşağı salmayacaq

"Moody's": ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi ölkənin kredit reytinqini aşağı salmayacaq Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi bu ölkənin kredit reytinqinə təsir etməməlidir. Buna baxmayaraq, reytinq üzrə proqnoz “Sabit”ə düşə bilər.
Maliyyə
26 Oktyabr , 2018 11:19
Moody's: ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi ölkənin kredit reytinqini aşağı salmayacaq
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ "ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi bu ölkənin kredit reytinqinə təsir etməməlidir. Buna baxmayaraq, reytinq üzrə proqnoz “Sabit”ə düşə bilər".

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Rusiyanın suveren rentinqi üzrə analitiki Kristin Lindou bildirib.

“Sanksiyaların ölkənin kredit reytinqini aşağı salması gözlənilmir. Bununla belə, kredit reytinqi üzrə proqnoz “Müsbət”dən “Sabit”ə dəyişə bilər” , - o deyib. 

Qeyd edək ki, "Moody's"in bu ilin yanvar ayında Rusiyanın kredit reytinqi üzrə proqnozu “Müsbət” olub. 

Son xəbərlər

Orphus sistemi