"Moody's" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqi üzrə proqnozunu "Sabit" qiymətləndirdi

"Moody's" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqi üzrə proqnozunu "Sabit" qiymətləndirdi COVID-19 pandemiyası və neftin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb.
Maliyyə
31 Mart , 2020 19:34
Moody's Azərbaycan Beynəlxalq Bankının reytinqi üzrə proqnozunu Sabit qiymətləndirdi

COVID-19 pandemiyası və neftin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb. 

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Bankın bəzi reytinqlərinə də yenidən baxılıb.

Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment),eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.

Moodys "Azərbaycan Beynəlxalq Bankı"nın kapitalının adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, "Azərbaycan Beynəlxalq Bankı"nın maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək.

Agentlik ekspertlərinin rəyinə görə, "Azərbaycan Beynəlxalq Bankı"na qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır.

"Moodys"in rəyində o da göstərilir ki, indiki şəraitdə "Azərbaycan Beynəlxalq Bankı"nın idarə olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı yoxdur.

Son xəbərlər

Orphus sistemi