​Monteneqro Azərbaycan bankına lisenziya verib

​Monteneqro Azərbaycan bankına lisenziya verib "Azmont banka" bu ölkədə fəaliyyət göstərən 15-ci bank olacaq
Maliyyə
27 Fevral , 2016 07:50
​Monteneqro Azərbaycan bankına lisenziya verib

Bakı. 27 fevral. REPORT.AZ/ Monteneqronun Mərkəzi Bankı "Azmont banka" təşkilatına bank fəaliyyəti göstərmək üçün lisenziya vermək barədə qərar qəbul edib.

"Report" "BalkanPro" portalına istinadən xəbər verir ki, bu, ölkə ərazisində fəaliyyət göstərəcək 15-ci bank olacaq.

"Azmont banka" Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsinə xidmət göstərməyə başlayacaq.

Bankın "Azmont Investments" layihəsinin (Azərbaycan-Monteneqro şirkəti) azərbaycanlı investoru tərəfindən "Azerbaijan Global Investments" (AGI) şirkəti ilə tərəfdaşlıq şəraitində yaradıldığı bildirilir.

"Portonovi" Monteneqro ərazisində iri layihələrdən biridir. Kompleks "One&Only" oteli, spa-mərkəzi, super-yaxtalar üçün liman, iqamətgah, villa və evlər, mağaza və restoranlardan ibarət olacaq. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi