Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan əməliyyatların sayı 44% artıb

Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan əməliyyatların sayı 44% artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə 191 milyard manat dəyərində, təxminən, 40 milyon əməliyyat aparılıb.
Maliyyə
25 Oktyabr , 2019 17:03
Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan əməliyyatların sayı 44% artıb
Azərbaycan Mərkəzi Bankı / Report

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Milli Ödəniş İnfrastrukturu vasitəsilə 191 milyard manat dəyərində, təxminən, 40 milyon əməliyyat aparılıb. 

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Məlumata görə, son 1 ildə əməliyyatların sayı 44% artıb. 

AMB-nin operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsi genişləndirilib, 1 437 bələdiyyə üzrə ödənişlərin qəbul edilməsi imkanı yaradılıb. Bununla da bələdiyyələr daxil olmaqla, əksər dövlət orqanları, kommunal xidmət müəssisələri, mobil rabitə operatorları, ali təhsil müəssisələri və s. qurumların 550-dən çox xidməti üzrə ödənişləri portalın onlayn resurslarından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qaydada aparmaq mümkündür. HÖP üzərindən bu dövrdə həyata keçirilən əməliyyatların məbləği 2 286 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur. Son 1 ildə aparılan nağdsız əməliyyatların məbləğ isə 3,4 dəfə artaraq 956 milyon manat olub.

Bu il oktyabrın 1-nə ölkə üzrə ödəniş kartlarının sayı illik müqayisədə 16% artaraq 1,2 milyon ədədi təmassız olmaqla 7,5 milyon ədəd təşkil edib. Təmassız kartların sayı 2,4 dəfə artıb.

Ölkə üzrə bankomatların sayı 2 654 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd çoxdur. Bankomatların 1 407-si Bakı şəhərində, 1 247-si isə digər şəhər və rayonlarda yerləşir. Banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 65 153 ədəd olub ki, bunun da 27 530 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin ilk 9 ayı ilə müqayisədə təmassız POS-terminalların sayı 31% (6 466 ədəd) artıb.

Ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların məbləği 28% artaraq 15 535 milyon manat təşkil etmişdir. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 59% artaraq 3,3 milyard manat (21%) olub.

Son xəbərlər

Orphus sistemi