Milli Məclisin komitə sədri: “Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”

Milli Məclisin komitə sədri: “Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq” “​Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb”
Maliyyə
26 Sentyabr , 2016 11:30
Milli Məclisin komitə sədri: “Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Gələn il Azərbaycanın dövlət büdcəsi 18-19 mlrd. manat olacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb. İnvestisiya xərclərinin bir qədər azaldılması gözlənilir, çünki azalmış gəlirlərin yerinin doldurulması lazımdır. Neftin büdcə qiyməti hər barel üçün 40 dollar olacaq”, - deyə Z.Səmədzadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi