Milli Məclis "Daşınar əmlakın yüklülüyü haqqında" qanunu təsdiq edib

Milli Məclis "Daşınar əmlakın yüklülüyü haqqında" qanunu təsdiq edib Qanun dekabrın 1-dən qüvvəyə minəcək
Maliyyə
2 May , 2017 14:28
Milli Məclis Daşınar əmlakın yüklülüyü haqqında qanunu təsdiq edib

Bakı. 2 may. REPORT.AZ/ "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında II və III oxunuşda müzakirə olunaraq təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsi daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyəcək.

Qanun dekabrın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi