Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Maliyyə
29 mart 2019 13:18
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni üzvlər seçilib

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, iclasda MŞ-ya yeni üzvlər seçilib.

Bunlardan biri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Əli oğlu Kalayevdir. O, MDM-in rəhbərliyində ötən ay öz təşəbbüsü ilə MŞ-nın üzvlüyündən azad edilmiş Orxan İbrahim oğlu Bağırovu əvəz edib.

Bundan başqa, iclasda MŞ-ya müstəqil üzv də seçilib. Bu, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Orxan Ələkbər oğlu Məmmədovdur.

Xatırladaq ki, MŞ 5 nəfərdən ibarətdir. Onun tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.

Son xəbərlər

Orphus sistemi