Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib.
Maliyyə
7 Yanvar , 2021 15:25
Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, iclasda Şuranın yeni tərkibi təsdiq edilib.

Xatırladaq ki, “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq, Şuranın tərkibi 5 nəfərdən ibarət olmalıdır. Bunlardan 2-si Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi, 2-si Mərkəzi Depozitarın üzvü, 1-i isə müstəqil üzvdür.

AMB-dən qurumun baş direktoru Əli Əhmədov yenidən Şuranın sədri, Kapital bazarına nəzarət departamentinin direktor müavini, kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov isə yenidən Şuranın sədr müavini seçilib.

MDM-in rəhbərliyində Mərkəzi Depozitarın üzvləri qismində isə bu dəfə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin daxili nəzarət üzrə məsul şəxsi Elçin Məmmədov və “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin direktoru Nadir Babazadənin təmsil olunmasına qərar verilib. Onlar bu vəzifədə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin direktoru Tural Bayramovu və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Orxan Məmmədovu əvəz ediblər.

Son xəbərlər

Orphus sistemi