Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb Bakı. 26 dekabr. REPORT.AZ/ Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Maliyyə
108
26 Dekabr , 2018 17:19
Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.

Belə ki, indiyə qədər İH-nın sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nın üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.

Bundan başqa, indiyə qədər İH-nın üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib.

Son xəbərlər

Orphus sistemi