Milli Depozit Mərkəzi aprel ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi aprel ayında kupon ödənişlərinin məbləğini açıqlayıb Ümumilikdə ödənişlər 783 investor üzrə edilib
Maliyyə
4 May , 2021 16:03
Milli Depozit Mərkəzi aprel ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu il aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

"Report"un məlumatına görə, ötən ay qurum ümumilikdə 783 investor üzrə 62,5 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BOKT “Embafinance” QSC və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi