Millət vəkili: "Dövlət zəmanəti ilə borclanma zamanı Hesablama Palatasının rəyi olmalıdır"

Millət vəkili: "Dövlət zəmanəti ilə borclanma zamanı Hesablama Palatasının rəyi olmalıdır" Bakı. 18 may. REPORT.AZ/ Dövlət zəmanəti ilə borclanma zamanı Hesablama Palatasının rəyinə ehtiyac var.
Maliyyə
18 May , 2018 13:56
Millət vəkili: Dövlət zəmanəti ilə borclanma zamanı Hesablama Palatasının rəyi olmalıdır
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Dövlət zəmanəti ilə borclanma zamanı Hesablama Palatasının rəyinə ehtiyac var".

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı bildirib.

"Palata dövlət zəmanəti ilə borc götürən səhmdar cəmiyyətin, fondun maliyyə vəziyətini yoxlamalıdır ki, borcun geri qaytarılmama riskini müəyyənləşdirsin. Bəzən səhmdar cəmiyyətlər borc götürür və qayrata bilmir. Həmin borclar da dövlət zəmanətli olduğu üçün dövlət büdcəsi hesabına qaytarılır. Bununla bağlı "Hesablama Palatası haqqında" yeni qanuna maddə əlavə olunmalıdır" - o deyib.

Qeyd edək ki, sözügedən qanun layihəsi bu gün II oxunuşda təsdiqlənib. III oxunuş üçün təkliflər dəyərləndiriləcək.

Son xəbərlər

Orphus sistemi