Mikayıl Cabbarov: "OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilir"

Mikayıl Cabbarov: "OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilir" “Postpandemiya dövründə vergi sistemi” adlı konfrans işinə başlayıb
Maliyyə
170
12 Fevral , 2021 11:18
Mikayıl Cabbarov: OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilir
Mikayıl Cabbarov

“2020-ci il həm dünya həm də Azərbaycan üçün qlobal çağrışlarla dolu il oldu. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb oldu və onun təsirindən Azərbaycanın ÜDM-si 4,3 % azalıb”.

“Report” xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb:

“Bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib. 2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”.

Son xəbərlər

Orphus sistemi