"MFX-Trading İnvestisiya Şirkəti" "Bakı Fond Birjası"na üzv olub

"MFX-Trading İnvestisiya Şirkəti" "Bakı Fond Birjası"na üzv olub Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “MFX-Trading İnvestisiya Şirkəti” ASC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə üzv qəbul edilib.
Maliyyə
252
25 Noyabr , 2020 15:31
MFX-Trading İnvestisiya Şirkəti Bakı Fond Birjasına üzv olub

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “MFX-Trading İnvestisiya Şirkəti” ASC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə üzv qəbul edilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 9-a çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”ni bu ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.

Son xəbərlər

Orphus sistemi