“Məsafə saxla” layihəsinin icrası davam edir

“Məsafə saxla” layihəsinin icrası davam edir “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi üzvü olan sığorta şirkətləri ilə birlikdə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə memorandum çərçivəsində ötən ilin dekabr ayından həyata keçirilən “Məsafə Saxla” layihəsinin icrası davam edir.
Maliyyə
14 Fevral , 2020 11:30
“Məsafə saxla” layihəsinin icrası davam edir

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi üzvü olan sığorta şirkətləri ilə birlikdə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə memorandum çərçivəsində ötən ilin dekabr ayından həyata keçirilən “Məsafə Saxla” layihəsinin icrası davam edir.

“Report” xəbər verir ki, bu barədə Assosiasiyanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, yol qəzalarının əsas səbəblərindən biri sükan arxasında mobil telefondan istifadə etməkdir. Bu, sürücünün diqqətini yayındıraraq, baş verə biləcək hadisələrə vaxtında reaksiya verməyə mane olur. Çoxsaylı araşdırmalar nəticəsində müəyyən edilib ki, telefonla danışmaq qəza riskini 4 dəfə, mesaj göndərmək isə 6 dəfə artırır. “Məsafə saxla” lahiyəsinin əsas məqsədi mobil telefondan istifadə səbəbi üzündən baş verən qəzaların sayının azaldılması və sürücülərin bu sahədə maarifləndirilməsidir.

Lahiyə çərçivəsində şəhərin müxtəlif ərazilərində mobil telefonlardan istifadənin risklərini özündə əks etdirən bilbordlar yerləşdirilib. Bundan əlavə mütəmadi olaraq sosial şəbəkələrdə və internet saytlarında da bu barədə əhaliyə məlumat ötürülür.

ASA-nın sədri Azər Əliyevin rəhbərliyi ilə keçirilən işçi qrupunun iclasında layihə çərçivəsində görülən işlərlə bağlı hesabat verilib, iştirakşılar layihənin daha uğurla tətbiqi və daha geniş kütləni əhatə etməsi üçün müxtəlif təkliflər irəli sürüb. Təkliflərin dəyərləndirilməsi və müzakirə edilməsi üçün daha bir iclasın keçirilməsi qərara alınıb.

Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür. 

Son xəbərlər

Orphus sistemi