Mərkəzi Klinik Xəstəxana sığortaçı seçir

Mərkəzi Klinik Xəstəxana sığortaçı seçir Bakı. 10 fevral. REPORT.AZ/ “Mərkəzi Klinik” MMC 2018-ci ildə Mərkəzi Klinik Xəstəxananın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası üzrə açıq tender elan edib.
Maliyyə
10 Fevral , 2018 15:25
Mərkəzi Klinik Xəstəxana sığortaçı seçir

Bakı. 10 fevral. REPORT.AZ/ “Mərkəzi Klinik” MMC 2018-ci ildə Mərkəzi Klinik Xəstəxananın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin icbari sığortası üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tender 5 lot üzrə keçirilir.

Lotlardan 4-ü klinikanın inzibati binalarının, manual tibbi avadanlıqlarının, elektron cihazlarının və nəqliyyat vasitələrinin sığortalanması, 1-i isə mülki məsuliyyətin sığortalanması ilə bağlıdır.

Tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar lazımi sənədləri martın 2-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə martın 6-na qədər klinikanın hüquq şöbəsinə (Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 76 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Orxan Abbasbəylidir (tel.: (012) 492-10-92, daxili 12 11).

Təkliflərə martın 9-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndərləri tender prosedurunda iştirak edə bilərlər. Qiymətləndirmə zamanı qanunvericiliyə uyğunluq, səmərəlilik, maliyyə və texniki imkanlar, xidmətin keyfiyyəti kimi meyarlara üstünlük veriləcək. 

Son xəbərlər

Orphus sistemi