Mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual valyutaya keçəcək

Mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual valyutaya keçəcək Mərkəzi banklar daha çox eteriuma maraq göstərir
Maliyyə
27 Sentyabr , 2017 16:09
Mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual valyutaya keçəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dünya mərkəzi banklarının (MB) yarısı növbəti 10 il ərzində virtual valyuta texnologiyalarına keçəcək. "Report" "Haberler" saytına istinadən bildirir ki, "Cambridge Centre for Alternative Finance" akademik araşdırmalar institutunun apardığı təhlillər göstərir ki, mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual pul sisteminə keçəcək. Araşdırmaya görə, mərkəzi banklar hətta, bitkoin kimi virtual pulları emissiya edəcək.

Aparılan təhlillər göstərir ki, mərkəzi bankların 20%-i yaxın 2 il ərzində virtual valyutaya keçəcək. Hazırda Çin və Hollandiyanın virtual valyutanın prototipini hazırladığı bildirilir. Kanada və Rusiyanın da test çalışmaları həyata keçirdiyi qeyd olunur. Araşdırmanın nəticələrinə əsasən, mərkəzi banklar daha çox "Etherium" kriptovalyutasına maraq göstərir.

Qeyd edək ki, bitkoin hazırda 4 050 dollara, eterium isə 295 dollara satılır.

Son xəbərlər

Orphus sistemi