Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, hərracda dollara tələb martın 31-nə nisbətən 21 milyon ABŞ dolları və ya təxminən 22% azalaraq 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.