Mərkəzi Bankın valyuta hərracında dollara tələb 18% azalıb

Mərkəzi Bankın valyuta hərracında dollara tələb 18% azalıb Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
9 Aprel , 2020 12:49
Mərkəzi Bankın valyuta hərracında dollara tələb 18% azalıb
Report

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 7-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya təxminən 18,2% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi